01:09 12-11-2020
news_image
88
FUTBOL

Diniyevlərlə eyni göstərici – Qurbanovla Qurbanlıdan

Sloveniya ilə yoldaşlıq oyunu daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, hazırda davam edən matçın gedişində Musa Qurbanlı meydana daxil olub.
 
Bu, 18 yaşlı futbolçunun millidə ilk oyunudur. O, yığmanın tarixinə 244-cü futbolçu kimi düşüb.
 
Musaya qədər əvvəlki 260 qarşılaşmada 243 oyunçu şans qazanıb. Qurbanlı yığmanın ən yaxşı bombardiri Qurban Qurbanovun oğludur. Bununla da millidə növbəti futbolçu ailəsinin oynamağı rəsmiləşib.
 
Qeyd edək ki, Qurbanovla Qurbanlıdan öncə millidə ata-oğul kimi Şahin və Coşqun Diniyevlər oynayıb.