01:27 12-11-2020
news_image
62
FUTBOL

Ev məğlubiyyəti – yığmamızın rəqibindən

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi Lüksemburq yoldaşlıq oyunu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Lük Holtsun yetirmələri Avstriya ilə matçda qüvvəsini sınayıb.
 
C liqasının 1-ci qrupunun lideri olan cırtdan ölkə təmsilçisi ev oyununda məğlub olub. İlk yarısı qolsuz bitən matçın ikinci hissəsində vurulan toplar Avstriyaya qələbə qazandırıb.
 
Qeyd edək ki, Lüksemburq millisi noyabrın 14-də Kipr, 17-də Azərbaycanla qarşılaşacaq.
 
Yoldaşlıq oyunu
11 noyabr
Lüksemburq – Avstriya – 0:3

Travner, 61, Qrbiç, 83, Viesinqer, 90+4