02:20 12-11-2020
news_image
66
FUTBOL

“Aqressiya çatmırdı, topa gecikirdik” - Matyaj Kek

“İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik”.
 
Apasport.az saytının məlumatına görə, bunu Sloveniya milli komandasının baş məşqçisi Matyaj Kek deyib.
 
Təcrübəli mütəxəssis Azərbaycanla yoldaşlıq oyunu (0:0) barədə fikirlərini açıqlayıb: “Rəqib çox yaxşı oyun göstərdi. Xüsusən, çox yaxşı qapanırdı. Biz isə topu qəbul edəndə daha çox İliçiçi topla təmin etməyə çalışırdıq. Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı”.