08:52 12-11-2020
news_image
65
FUTBOL

“Nəticəyə görə üzr istəyirəm” - Yosip İliçiç

“Uzun müddətdən sonra yenidən yığmaya qayıtmaq xoş idi”.

Apasport.az saytının məlumatına görə, bunu Sloveniya yığmasının yarımmüdafiəçisi Yosip İliçiç Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.

İtaliyanın “Atalanta” klubunun hücumameyilli oyunçusu 0:0 nəticəsini uğur hesab etmədiyini vurğulayıb: “Nəticəyə görə üzr istəyirəm. Bundan daha yaxşı oynaya bilərik. Bunu Kosovo və Yunanıstanla matçda sübut etmək lazımdır. Kollektivdə gördüklərimə əsasən deyə bilərəm ki, bütün uşaqlar yığmaya nəyə görə gəldiklərini bilirlər. Üç gün ərzində çox şey etmək çətindir. Oyunu yaxşılaşdırmaq, vəziyyəti düzəltmək lazımdır ki, irəliləyiş edə bilək. Bir-birimizi daha yaxşı tanımalıyıq”.

Qeyd edək ki, Sloveniya yığması Millətlər Liqasındakı son matçlarını noyabrın 15-də Kosovo, 18-də isə Yunanıstana qarşı keçirəcək.