09:04 12-11-2020
news_image
66
FUTBOL

“Azərbaycan özünü sərt rəqib kimi təqdim etdi” – sloveniyalı futbolçu

“Millətlər Liqasının oyunları öncəsi nəticə heç də pis deyil”.

Apasport.az saytının məlumatına görə, bunu Sloveniya yığmasının yarımmüdafiəçisi Bencamin Verbiç Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Ukraynanın “Dinamo” (Kiyev) klubunun formasını geyinən 27 yaşlı oyunçu 0:0 hesabı ilə başa çatan qarşılaşma barədə fikirlərini bölüşüb: “Azərbaycan özünü matçdan əvvəl tanıdığımız sərt rəqib kimi təqdim etdi. Çünki bu cür oyun tərzinə sahibdir. İlk dəqiqələrdə pressinq tətbiq etməklə bağlı problemimiz var idi. Getdikcə daha keyfiyyətli oyun göstərməyə başladıq. Ələ düşən şanslardan yararlanmamaq yaxşı hal deyil. Ancaq bunun üzərində çalışmaqda davam etməliyik”.

Qeyd edək ki, Sloveniya yığması Millətlər Liqasındakı son matçlarını noyabrın 15-də Kosovo, 18-də isə Yunanıstana qarşı keçirəcək.