09:29 12-11-2020
news_image
80
FUTBOL

“C liqası bizə görə deyil” – Monteneqro yığmasının kapitanı

“Qazaxıstanla oyun daxili birincilikdə çıxış edən futbolçular üçün yaxşı məşq oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının kapitanı Stevan Yovetiç Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Qolsuz bərabərliklə yekunlaşan qarşılaşmanın ardından fikirlərini bölüşən “Monako”nun hücumçusu Millətlər Liqasının V turunda Azərbaycan yığmasına qarşı keçiriləcək matça kökləndiklərini söyləyib: “İnanıram ki, həm Azərbaycan, həm də Kipr üzərində qələbə qazanaraq Lüksemburqu geridə qoymağı bacaracağıq. Keyfiyyət baxımından C liqasının bizə görə olmadığını hesab edirəm”.

Qeyd edək ki, Azərbaycan - Monteneqro oyunu noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək.