10:19 12-11-2020
news_image
158
FUTBOL

Təkrarlandı - Avropa rekordu

İspaniya millisinin futbolçusu Serxio Ramos Avropa rekorduna şərik çıxıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi yığmasının heyətində 176-cı matçına çıxıb.

Bu, Niderlandla dünənki yoldaşlıq görüşündə (1:1) gerçəkləşib. Ramos bununla da Canluici Buffonun Avropa rekorduna çatıb. İtaliya yığmasının sabiq qolkiperi də eyni sayda matç keçirib.

Qeyd edək ki, dünya rekordu Əhməd Həssənə məxsusdur. O, 1995-2012-ci illərdə Misir yığmasında 184 oyun keçirib.