10:46 12-11-2020
news_image
75
FUTBOL

“Cavab görüşünü Bakıda oynamamağımız bizi rahatladıb” - Bolyeviç

“Bu tip yoldaşlıq görüşlərində məğlub olmamaq önəmlidir. İndi bizi gözləyən daha vacib iki görüş var”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının hücumçusu Aleksandar Bolyeviç Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

25 yaşlı ön xətt oyunçusu Millətlər Liqasının V turunda Azərbaycan yığmasına qarşı keçiriləcək matça da münasibət bildirib. O, meydana qələbə üçün çıxacaqlarını söyləyib: “İlk matçda Azərbaycandan üstün olduğumuzu göstərdik. Cavab görüşünü Bakıda deyil, alternativ ölkədə keçirməyimiz, bəlkə də, bizi rahatladıb. Həmçinin Kipr üzərində də qələbə gözləyirəm. Eyni zamanda, Lüksemburqun nəticələrinə də diqqət edəcəyik. Etiraf edək ki, hər şey öz əlimizdə deyil. Onlar Avropa futbolunun qaymaqları deyil, ona görə də, uğursuz ola bilər. Ancaq əvvəlcə özümüz qalib gəlməliyik”.

Qeyd edək ki, Monteneqro Millətlər Liqasının son oyunlarını noyabrın 14-də Azərbaycan, 17-də Kiprə qarşı keçirəcək.