11:11 12-11-2020
news_image
57
FUTBOL

Türkiyə ilə oyunun gedişində koronavirusa yoluxduğu bilindi - Vidanın

Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida koronavirusa yoluxub.

Apasport.az saytı xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Maraqlıdır ki, 31 yaşlı futbolçunun testinin pozitiv çıxdığı Türkiyə ilə dünən keçirilən yoldaşlıq görüşünün gedişində müəyyənləşib. Məşqçilər korpusu bu barədə dərhal məlumatlandırılıb və baş məşqçi Zlatko Daliç fasilədən sonra Vidanı əvəzləyib. Komanda dünən səhər testdən keçirilsə də, bunun nəticəsi məhz matç zamanı bilinib. Təcrübəli futbolçu qarşıdakı bir neçə günü İstanbulda karantin vəziyyətində keçirəcək və daha bir test verəcək.

Qeyd edək ki, Türkiyə - Xorvatiya oyunu 3:3 hesabı ilə başa çatıb.