11:50 12-11-2020
news_image
97
TOKİO-2020

İştirakçılar karantinə alınmaya bilər - Tokio-2020-də

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar və tamaşaçılar Yaponiyada karantinə alınmaq təhlükəsi ilə üzləşməyə bilər.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Təşkilat Komitəsinin baş katibi Toşiro Muto Yaponiya hökumətinin bununla bağlı danışıqlar apardığını söyləyib.

Onun sözlərinə görə, bu plan təsdiqlənərsə, yarış üçün ölkəyə yollanacaq şəxslərin əlverişli epidemioloji şərtlərə sahib ölkələrdən gələcəkləri təqdirdə iki həftəlik karantinə alınmalarına ehtiyac qalmayacaq: “Bununla bağlı son qərar gələn ilin yaz aylarından əvvəl veriləcək. Eyni zamanda, yarışlara neçə tamaşaçının buraxılacağı da müzakirələrdən sonra müəyyənləşəcək”.

Qeyd edək ki, bu il baş tutmalı olan Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınıb. Yarışın 23 iyul - 8 avqust 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılır.