14:55 12-11-2020
news_image
85
FUTBOL

Misir klubuna da lazım deyil - Balotelli

İtaliyalı hücumçu Mario Balotellinin karyerasını Misirdə davam etdirməyəcək.

Apasport.az saytının məlumatına görə, qalmaqallı futbolçunun keçəcəyi iddia edilən “Piramids” klubu forvardın xidmətində maraqlı deyil.

Bunu Misir təmsilçisinin marketinq direktoru Amrs Bassiuni açıqlayıb. O bildirib ki, Mario ilə bağlı iddialar əsassızdır.

Qeyd edək ki, hazırda klubsuz olan Mario C seriyası komandalarından biri ilə məşq keçir.