16:59 12-11-2020
news_image
74
FUTBOL

“Bavariya”dan havayı gedəcək – daha bir müdafiəçi

“Bavariya” mövsümün sonunda daha bir futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, David Alaba ilə yanaşı, digər müdafiəçi Jerom Boatenq də gələn ilin yayında Almaniya klubunu tərk edəcək.

Alaba kimi, Boatenq də başqa komandaya azad agent kimi keçəcək. Çünki 32 yaşlı mərkəz müdafiəçisinin müqavilə müddəti mövsümün sonuna qədərdir. Tərəflər artıq yolların ayrılmasını qərarlaşdırıblar. Ulduz futbolçu hazırda İngiltərə klubları “Arsenal”, “Tottenhem” və “Çelsi”nin maraq dairəsindədir.

Qeyd edək ki, Jerom Boatenq 2011-ci ildən “Bavariya”nın formasını geyinir.