23:09 12-11-2020
news_image
53
FUTBOL

La Liqada mövsümün uğursuzları – ADLAR

İspaniya La Liqasında mövsümün əvvəlinin ən uğursuz futbolçuları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, nüfuzlu “Marca” nəşri bununla bağlı azarkeşlərlə sorğu keçirib.

Respondentlərin 33 faizi “Barselona”nın hücumçusu Antuan Qrizmannı ən məyusedici oyunçu hesab edib ki, bu da əlçatmaz göstərici olub. İkinci yerdə “Real”ın ön xətt oyunçusu Eden Azardır. Belçikalı 31 faiz səs toplayıb. Sorğuda ilk “üçlüy”ü “Real”ın digər üzvü - yarımmüdafiəçi İsko (21 faiz) qapayıb.

Qeyd edək ki, Antuan Qrizmann La Liqanın ilk 7 oyununda cəmi 2 qol vurub.