00:00 13-11-2020
news_image
42
FUTBOL

Zədəlilərin durumu açıqlandı – “Yuventus”da

“Yuventus” klubu zədəli futbolçuları barədə məlumat yayıb.

Apasport.az saytı xəbər verir ki, bu gün məşqləri bərpa edən Turin təmsilçisi tibbi personalın raportunu ictimaiyyətə çatdırıb.

Hücumçu Paulo Dibala fərdi məşqlərə başlayıbsa, müdafiəçilər Aleks Sandro və Mattiys de Liqt kollektivə qoşulub. Ön xətt oyunçusu Federiko Kyeza sağ ayaq əzələ problemindən sonra müalicəsini davam etdirir. Müdafiəçi Corcio Kyelliniyə də əzələ zədəsi diaqnozu qoyulub. 36 yaşlı oyunçunun ən yaxşı halda bir aydan sonra komandasına kömək edə biləcəyi açıqlanıb.

Qeyd edək ki, “Yuventus” A seriyasında növbəti oyununu noyabrın 21-də “Kalyari”yə qarşı keçirəcək.