00:03 13-11-2020
news_image
69
FUTBOL

İsveçrəni qayda pozuntusunda üstələdi - millimiz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrə ilə oyununun statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA Avropa çempionatının seçmə mərhələ matçının göstəricilərini hesablayıb.

Tyun şəhərindəki “Tyun Arena”da təşkil olunan matçda komandamız son dəqiqələrdə buraxdığı qolla uduzub. Statistikaya nəzər yetirsək, isveçrəlilərin üstünlüyünü sezmək çətin deyil. Komandamız yalnız sarı vərəqələrin və qayda pozuntularının sayında rəqibini üstələyib.

İsveçrə – Azərbaycan
Qollar – 2:1
Zərbələr - 20:8
Çərçivəyə zərbələr – 7:5
Çərçivəyə düşməyən zərbələr – 9:3
Bloklanan zərbələr – 4:0
Künc zərbələri – 6:5
Sarı vərəqələr – 0:1
Qayda pozuntuları- 9:12