00:57 13-11-2020
news_image
106
FUTBOL

Millidə 1 qol, 1 assist – “Neftçi”nin legionerindən

Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunda Esvatini ilə oyun Konqo yığmasının şərəfini qoruyan “Neftçi”nin hücumçusu Prins İbara üçün əlamətdar olub.

Brazzavildəki oyunda start heyətində meydana çıxan və yalnız 90-cı dəqiqədə əvəzlənən forvard qələbənin memarı olub. 77-ci dəqiqədə hesabı açan İbara dörd dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Konqo 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pilləyə yüksəlib.