01:16 13-11-2020
news_image
87
FUTBOL

Koronavirusa yoluxduğundan səhhətində problemlər yarandı – Qəhrəman Əliyevin

Uzun illər bir çox iddialı klubları çalışdırmış Qəhrəman Əliyevin səhhətində ciddi problemlər yaranıb.

Apasport.az saytının məlumatına görə, koronavirusa yoluxan məşqçi bir qədər əvvəl Masallı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Üç gün palata rejimində müalicə alan mütəxəssisin sağlıq durumu pisləşib və həkimlərin ümumi rəyi ilə süni nəfəsalma aparatına qoşulub.

Qızdırma və öskürəyin haldan saldığı Q.Əliyevin təcili tibbi yardım maşını ilə Bakıya gətirilməsi planlaşdırılır. Onun burada hospitala yerləşdirilməsi nəzərdə tutulub (sportinfo.az).