02:13 13-11-2020
news_image
83
FUTBOL

Rusiyaya qarşı çərçivəni bağladı – “Keşlə”nin qapıçısı

Milli komandalar arasında yoldaşlıq görüşləri davam edir.

Apasport.az saytının məlumatına görə, rəsmi oyunu olmayan yığmalar bir-birlərini sınağa çəkiblər.

Bosniya və Herseqovina öz meydanında İrana məğlub olub. İngiltərə yığması İrlandiyanı asanlıqla üstələyib. Uels-lə ABŞ-ın duelində qol səsi çıxmayıb.

“Keşlə”nin qapıçısı Stanislav Namaşkonun çərçivəsini qoruduğu və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçukun son 25 dəqiqədə formasını geyindiyi Moldova güclü Rusiya ilə Kişinyovda qolsuz bərabərə qalıb.

Bosniya və Herseqovina – İran – 0:2
Rezai, 46, Qaedi, 90+1
Moldova – Rusiya – 0:0
Uels – ABŞ – 0:0

İngiltərə - İrlandiya – 3:0
Maquayr, 18, Sanço, 31, Kalvert-Leuin, 55 (pen.)