10:12 13-11-2020
news_image
108
FUTBOL

“Beynəlxalq səviyyəli oyunlardan bu cür səhvləri bağışlamırlar” – yığmamızın baş məşqçisi

“Müəyyən səbəblərdən üç oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Təbii ki, bu amil oyunun keyfiyyətinə mənfi mənada öz təsirini göstərirdi”. 

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib. 

Serbiyalı mütəxəssis Avropa çempionatının İsveçrə ilə seçmə oyunu (1:2) barədə fikirlərini açıqlayıb: “Oyunun gedişində yorğun olan futbolçuları əvəz etmək işimizi çətinləşdirirdi. Heyətdə ilk dəfə oynayan gənc oyunçularımız vardı. Meydanın mərkəzində topa nəzarət edib rəqibin oyun qurmasının qarşısını ala bildik. Hesabda irəli çıxdıqdan sonra əks-hücumlarla təhlükəli epizodlar yaratmağı bacardıq. İkinci hissədə rəqibin daha istəkli olacağını bilirdik. Belə də oldu və fasilədən sonra hesabı bərabərləşdirdilər. Xüsusən, son 10 dəqiqədə futbolçulara daha diqqətli olmalarını tapşırdım. Təəssüf ki, ardıcıl iki oyundur son dəqiqədə qol buraxaraq məğlub oluruq. Beynəlxalq səviyyəli oyunlardan bu cür səhvləri bağışlamırlar. Prinsipcə oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün biz xal itirdik”.