10:55 13-11-2020
news_image
70
FUTBOL

Gürcüstan yığmasından gedəcək – baş məşqçisi

Gürcüstan milli komandasının baş məşqçisi Vladimir Vayss postunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu təcrübəli mütəxəssisin özü açıqlayıb.

O, AVRO-2020-nin pley-off mərhələsinin Şimali Makedoniya ilə final matçında 0:1 hesablı məğlubiyyətdən sonra məsuliyyəti üzərinə götürüb: “Məğlubiyyətin məsuliyyətini üzərimə götürürəm. Gürcüstanda hamı ümidli olsa da, biz uduzduq. Mənim buradakı fəaliyyətim Millətlər Liqasının qarşıdakı iki oyunundan sonra başa çatacaq. Hər şeyin belə bitməsi üzücüdür”.

Qeyd edək ki, Vayssın yetirmələri noyabrın 15-də Ermənistan, 18-də Estoniya ilə qarşılaşacaq.