10:58 13-11-2020
news_image
213
FUTBOL

Qəhrəman Əliyevin durumuna aydınlıq gətirdi - qardaşı

“Qardaşım koronavirus xəstəsi deyil”.

Bunu apasport.az saytına təcrübəli futbol mütəxəssisi Qəhrəman Əliyevin qardaşı Sehran Əliyev deyib.

Əliyev qardaşının səhhətində problem yarandığını, lakin bunun koronavirusla əlaqəli olmadığını söyləyib: “Qəhrəmanın səhhəti ilə bağlı ciddi narahatlığı yoxdur. Bir az soyuqdəyməsi var. O da uşaq vaxtından soyuqdəyməni adətən bir az ağır keçirir. Masallıdakı xəstəxanada müalicə alır. Bakıya gətirilməsinə heç bir ehtiyac yoxdur”.

Qeyd edək ki, 61 yaşlı Qəhrəman Əliyev məşqçi karyerası ərzində Premyer Liqada bir neçə kluba rəhbərlik edib.