11:33 13-11-2020
news_image
88
FUTBOL

8 ildən sonra – öncə Belfast, indi Zapreşiç

Azərbaycan millisi sabah növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız tarixində ikinci dəfə noyabrın 14-də meydana çıxacaq.

Monteneqro ilə Xorvatiyanın Zapreşiç şəhərindəki ev görüşünədək komandamız yalnız bir dəfə bu tarixdə qüvvəsini sınayıb. Bu, 8 il öncə baş verib.

DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə qarşılaşması Belfastda keçirilib. 2012-ci ilin noyabrın 14-dəki matçda yığmamız səfər xalına sevinib – 1:1. Rauf Əliyevin qolu komandamızı hesabda önə çıxarsa da, meydan sahibləri görüşün sonlarında məğlubiyyətdən qaçıb.