12:35 13-11-2020
news_image
78
FUTBOL

Prezident seçkilərinin tarixi açıqlandı – “Barselona”da

İspaniyanın “Barselona” klubunda prezident seçkilərinin vaxtı müəyyənləşib.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, İdarə Heyəti seçkilərin 2021-ci il yanvarın 24-də keçirilməsini qərara alıb.

Bu, hələ ilkin tarixdir və seçki prosesi rəsmi təsdiqdən 40 gün sonra başladılacaq. Hazırda “Barselona”da prezidentliyə 7 namizəd var. Bunlar Xavi Vilaxoana, Viktor Font, Toni Freyşa, Jordi Farre, Aqusti Benedito, Pere Riera və Luis Fernandes Aladır.

Klub nümayəndələri gələn həftə Kataloniya rəhbərliyi ilə görüşərək koronavirus pandemiyası fonunda seçkilərin keçirilməsinə dair protokolları razılaşdıracaq.

Qeyd edək ki, “Barselona”nın prezidenti Xosep Bartomeu oktyabrın 27-də vəzifəsindən istefa verib.