13:10 13-11-2020
news_image
395
FUTBOL

Qalib gəl, Kipri pley-offa göndər – Millətlər Liqasında

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqası çərçivəsində Monteneqro ilə qarşılaşacaq.

C liqasının 1-ci qrupunda baş tutacaq görüş yığmamızın turnirdə son ev matçı olacaq. Canni de Byazinin yetirmələri Kiprlə ev qarşılaşmasında olduğu kimi yenə rəqibini ölkədən kənarda qəbul edəcək. Millimiz bu dəfə Xorvatiyada meydan sahibi olacaq.

V turun qarşılaşması yığmamızın taleyi baxımından həlledici ola bilər. İstənilən xal itkisi millinin qrup qalibi kimi B liqasına yüksəlmək arzusunun üstündən xətt çəkəcək.

Monteneqroya səfərdə 0:2 hesabı ilə uduzan yığmamız Podqoritsadakı məğlubiyyətin revanşını almaq üçün çalışacaq. Qazanılacaq 3 xal millimizin ən azı C liqasında qalacağını da rəsmiləşdirəcək. 

Komandamız xal hesabını 7-yə çatdırsa, Kiprin sonuncu yeri tutacağı dəqiqləşəcək. Ada təmsilçisi həm sabahkı, həm də son turdakı görüşünün nəticəsindən asılı olmayaraq, C liqasında qalmaq uğrunda pley-offda oynayacaq. Bu, millimiz qalib gəlməsə də, rəsmiləşə bilər. Bunun üçün Kipr sabah yığmamızla müqayisədə daha yaxşı nəticə göstərməməlidir.

V turun təkcə sonuncu deyil, 1-ci yerin də taleyinə aydınlıq gətirməsi mümkündür. Yığmamız ev qələbəsi qazansa, Lüksemburq isə Kipri yensə, B liqasına vəsiqənin sahibi bəlli olacaq. Bu hüquqa son turda millimizi qəbul edəcək Lüksemburq yiyələnəcək.

Uğurlu nəticəyə ümid etmək üçün ardıcıl üç qarşılaşmada qola həsrət qalan millimizin uğursuz seriyasını Zapreşiçdə qırması vacibdir. Futbolçularımız ötən ay keçirilən Millətlər Liqasının oyunlarında da, Sloveniya ilə noyabrın 11-dəki yoxlama görüşündə də qola həsrət qalıb. 

Millətlər Liqası
V tur
14 noyabr
21:00. Azərbaycan – Monteneqro
Baş hakim:
Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). İvan Laylak-İviç stadionu

1

Lüksemburq

4

3

0

1

6-3

9

2

Monteneqro

4

3

0

1

6-2

9

3

Azərbaycan

4

1

1

2

2-4

4

4

Kipr

4

0

1

3

0-5

1