14:02 13-11-2020
news_image
114
FUTBOL

“Barselona”nı yenə məhkəməyə verdi - Neymar

PSJ-nin hücumçusu Neymar keçmiş komandası “Barselona” ilə bağlı yenidən məhkəməyə müraciət ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü Kataloniya klubundan 43,6 milyon avro tələb edib.

28 yaşlı oyunçu 2016-cı ildə müqavilə müddətinin uzadılması üçün bonus olaraq bu məbləğin ödənilməsi üçün apellyasiya şikayəti edib. Məhkəmə bir müddət əvvəl onun iddialarını rədd etməsinə və üstəlik, oyunçunun qarşı tərəfə 6,7 milyon avro ödəməsini qərara almasına baxmayaraq, Neymar buna etiraz edib və işə yenidən baxılmasını istəyib.

Qeyd edək ki, Neymar “Barselona”dan PSJ-yə 2017-ci ildə rekord məbləğə - 222 milyon avroya keçib.