15:27 13-11-2020
news_image
112
FUTBOL

“Çalışacağıq ki, orada ən azı 3-4 komanda olsun” - Ramin Musayev

"AFFA rəhbərliyi ilə azad olunmuş ərazilərimizlə bağlı söhbətlərimiz olub".

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Federasiyanın işğaldan azad olunmuş Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlarında yeni futbol klublarının təsis edilməsi barədə qərarına münasibət bildirən PFL rəhbəri xatırladıb ki, bu bölgədə idmana hər zaman diqqət və maraq olub: "Bizim üzərimizə düşən də futbolla bağlıdır. Çalışacağıq ki, orada ən azı 3-4 komanda olsun. İlk olaraq oranı təmsil edən klublar fəaliyyətə Region Liqasından başlamalıdır. Bu proses tədricən getməlidir. 1-2 ildən sonra Divizionda və Premyer Liqada da iştirak edə bilərlər.
Yadınızdadırsa, o vaxt "Qarabağ"ın "İnter"lə (indiki "Keşlə") oyununu Quzanlıya salmışdıq. Elə bizim təşkil etdiyimiz avtobuslarda belə bir yazı vardı: "Bu gün Quzanlıya, sabah "İmarət"ə". Şükürlər olsun ki, indi bu arzumuz həyata keçmək üzrədir. Düzdür, "İmarət" stadionunun yenidən qurulmasına, təmir olunmasına az vaxt tələb olunmur. Amma vacib odur ki, hazırda bunu həyata keçirmək öz əlimizdədir" (sportinfo.az).