16:27 13-11-2020
news_image
82
FUTBOL

Ayın futbolçusu seçildi – Premyer Liqada

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa ən yaxşının adını açıqlayıb.

Bu ada “Tottenhem”in yarımmüdafiəçisi Son Xın Min layiq görülüb. Cənubi koreyalı hücumameyilli oyunçu oktyabrda meydana çıxdığı 3 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Son Xın Min 8 qolla Premyer Liqada bombardirlər yarışına başçılıq edir.