17:37 13-11-2020
news_image
147
FUTBOL

Emin Ağayevə çatacaq – Maksim Medvedev

Sabah növbəti oyununa çıxacaq Azərbaycan millisi Monteneqro ilə görüşün hazırlığını davam etdirir.

Apasport.az saytının məlumatına görə, yığmanın düşərgəsindəki 29 futbolçudan 28-i qarşıdakı oyuna hazırlaşır.

Canni de Byazinin sərəncamındakılardan yalnız Anton Krivotsyukun xidmətindən yararlana bilməyəcək. Bu da milliləşən legionerin cəzalı duruma düşməsi ilə bağlıdır.

Bu 28 oyunçu arasında rekordçu Maksim Medvedevdir. 65-ci matçına çıxacaq müdafiəçi milli tarixində 8-ci sıraya yüksəlmək imkanına malikdir. O, Zapreşiçdə şans qazansa, Emin Ağayevə çatacaq.

4 oyunçu isə meydana çıxsa, debütü reallaşacaq. Bunlar qapıçı Aydın Bayramov, sahə oyunçuları Xəyal Nəcəfov, Şəhriyar Əliyev və Mert Çelikdir. 

Yığmamızın 2 üzvü üçün isə balkanlılarla duel yubileylə əlamətdar ola bilər. Emil Balayev və Rəhman Hacıyev 10-cu dəfə milli forma geyinmək imkanına malikdir.

futbolçu

oyun

qol

Maksim Medvedev

64

4

Qara Qarayev

61

0

Bədavi Hüseynov

53

0

Ramil Şeydayev

30

5

Mahir Mədətov

21

4

Təmkin Xəlilzadə

20

3

Namiq Ələsgərov

20

0

Coşqun Diniyev

11

0

Rahil Məmmədov

10

0

Rəhman Hacıyev

9

0

Emil Balayev

9

-12

Abbas Hüseynov

7

0

Elvin Camalov

5

0

Mirabdulla Abbasov

4

0

Rəhim Sadıxov

3

0

Azər Salahlı

3

0

Vüqar Mustafayev

3

0

Amin Seydiyev

2

0

Elvin Bədəlov

2

0

İsmayıl İbrahimli

2

0

Vüsal İsgəndərli

2

0

Tellur Mütəllimov

2

0

Şahrudin Məhəmmədliyev

1

0

Musa Qurbanlı

1

0

Aydın Bayramov

0

0

Şəhriyar Əliyev

0

0

Mert Çelik

0

0

Xəyal Nəcəfov

0

0