21:51 13-11-2020
news_image
43
FUTBOL

“Liderlik uğrunda mübarizə aparırıq” – monteneqrolu futbolçu

“Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqro millisinin futbolçusu Milan Miyatoviç deyib.

O, Millətlər Liqasının V turunun Monteneqro – Azərbaycan görüşü öncəsi mətbuat konfransında sabah Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Biz qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq”.

Qeyd edək ki, “İvan Laylak-İviç” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.