21:53 13-11-2020
news_image
116
FUTBOL

“Əsas məsələ Azərbaycan millisinin nümayiş etdirəcəyi futbolun keyfiyyətidir” - Hadzibeqiç

“Məqsədimiz qrup lideri olmaqdır”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hadzibeqiç deyib.

Təcrübəli mütəxəssis Millətlər Liqasının V turunun Monteneqro – Azərbaycan görüşü öncəsi mətbuat konfransı keçirib. O, sabah Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Oyun hər iki komanda üçün çətin keçəcək. Çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq. Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etdirəcəyi futbolun keyfiyyətidir”.

Qeyd edək ki, “İvan Laylak-İviç” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.