22:17 13-11-2020
news_image
82
TOKİO-2020

Olimpiya test yarışları nə ilə əvəzlənəcək? – ortaq qərar verildi

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq çərçivəsində adaptasiya olunmuş idman sınaqları təşkil olunacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Pekin-2022-nin Təşkilat Komitəsi, Qış Olimpiya Federasiyaları, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi birgə müzakirələrdən sonra veriblər.

Adaptasiya olunmuş sınaqlar proqramı beynəlxalq test yarışları seriyasını əvəzləyəcək. Yarışlar 2021-ci ilin birinci rübünə nəzərdə tutulmuşdu.

Buna koronavirus pandemiyası ilə bağlı vəziyyət səbəb olub. Bu, əsasən idman obyektlərinin sınaqdan çıxarılmasına xidmət edir. Bu qurğuların inşası 2020-ci ilin sonunda başa çatdırılacaq.

Qeyd edək ki, Pekin Olimpiya və Paralimpiya Oyunları 2022-ci ilin fevralında baş tutacaq.