22:29 13-11-2020
news_image
64
FUTBOL

Mourinyonu qabaqladı – həmyerlisi

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Vulverhempton”un çalışdırıcısı Nunu Eşpirito Santu bu nominasiyada hamını qabaqlayıb.

Portuqaliyalı baş məşqçi azarkeşlər və futbol mütəxəssisləri arasında aparılan səsvermə zamanı həmyerlisi Joze Mourinyo (“Tottenhem”) ilə yanaşı, Ralf Hazenhyuttl (“Sauthempton”), Devid Moyes (“Vest Hem”) və Din Smiti (“Aston Villa”) üstələyib. Santunun rəhbərliyi altında “Vulverhempton” oktyabrda keçirdiyi 4 oyunun 3-də qələbə qazanıb, 1-də heç-heçə edib.

Qeyd edək ki, ötən ayın ən yaxşı futbolçusu “Tottenhem”in yarımmüdafəçisi Son Xın Min seçilib.