23:06 13-11-2020
news_image
110
FUTBOL

“Mançester Siti”nin 55 milyonuna “yox” dedi – “Sevilya”

Fransa millisinin futbolçusu Jül Kundenin İngiltərə “Mançester Siti”sinə keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin şərəfini qoruduğu İspaniya təmsilçisi “Sevilya” futbolçunu satmaqdan imtina edib.

Bunu La Liqa təmsilçisinin idman direktoru Ramon Monçi açıqlayıb. O bildirib ki, klub Kundeni satmaq niyyətində deyil.

Mançester təmsilçisi “Sevilya”ya 22 yaşlı müdafiəçi üçün 55 milyon avro ödəməyə hazır olub. Amma ispaniyalılar futbolçunu buraxmağa razılaşmayıb.