22:28 13-11-2020
news_image
66
FUTBOL

“Çalışacağıq meydandan qalib kimi ayrılaq” – millimizin qapıçısı

“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var”.  Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev deyib.

O, Millətlər Liqasının V turunun Monteneqro ilə görüşü öncəsi təşkil olunan mətbuat konfransında sabah Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb: “Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.

Qeyd edək ki, yığmamızın “İvan Laylak-İviç” stadionunda keçirəcəyi ev matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.