10:07 14-11-2020
news_image
62
FUTBOL

Koronavirusa daha bir yoluxma – milli komandada

Xorvatiya yığmasının daha bir futbolçusu koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.

İtaliyanın “İnter” klubunda çıxış edən yarımmüdafiəçi Marselo Brozoviçdən götürülən testin nəticəsi pozitiv çıxıb. Onunla yanaşı, millinin bir işçisi də virusa yoluxub. Hər iki şəxs kollektivdən uzaqlaşdırılıb və karantinə alınıb. Brozoviç Millətlər Liqasının V turu çərçivəsində bu gün İsveçlə keçiriləcək matçı buraxacaq.

Qeyd edək ki, üç gün əvvəl Türkiyə ilə keçirilən yoldaşlıq görüşünün (3:3) fasiləsində Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın koronavirusa yoluxduğu müəyyənləşib.