12:06 14-11-2020
news_image
106
FUTBOL

“Atamla "geri dön" üslubunda söhbətimiz olmadı” – Camaləddin Xocaniyazov

“Artıq bir ildir Azərbaycandayam. Burada hər şeyi - münasibəti, şərtləri sevirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt” klubunun müdafiəçisi Camaləddin Xocaniyazov Rusiya mətbuatına açıqlamasında deyib.

24 yaşlı mərkəz müdafiəçisi ötən il Belarusdan ayrılaraq ölkəmizə yollanmasının səbəbini açıqlayıb: “BATE-dəki uğursuz dönəmdən sonra bura gəldim. Yerli funksionerlərdən biri zəng edərək “Sumqayıt” variantını təklif etdi. Sumqayıt Bakıdan 35 km məsafədə yerləşir. Bəzi uşaqlar burada yaşayır, amma oyunçuların çoxu Bakıda qalır, məşqlərə maşınla gedirlər. Özüm də bir müddət Bakıda yaşadım, amma sonra hər gün oradan məşqə getməyə tənbəlləşdim. İndi məşqə piyada gedirəm”.

Rusiyanın gənclər millisinin sabiq üzvü Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı geri qaytarmasına da münasibət bildirib. O, müharibə günlərində belə, ölkədə hər şeyin qaydasında getdiyini söyləyib: “Uşaqlar hərbi əməliyyatların başladığını və ertəsi gün ölkədə hərbi vəziyyət tətbiq olunduğunu yazanda evdə oturmuşdum. Sumqayıtda və Bakıda yaşayan bir çox insan bura illər əvvəl gələn qaçqınlardır. Müharibə dövründə mağazalarda çaxnaşma və ya çılğın növbə olmurdu, kifayət qədər məhsul var. Prinsipcə, hər şey əvvəlki kimidir. Mənim də Rusiyaya qayıtmaq kimi fikrim olmayıb. Atam düz otuz il əvvəl hələ Sovet İttifaqında olarkən Dağlıq Qarabağda xidmət edib. Ancaq onunla "geri dön" üslubunda söhbətimiz olmadı. Mən öz işimi icra edirəm. Futbol elə bir sahədir ki, insanları baş verən hadisələrdən yayındırır, biz də öz işimizi görməliyik”.