12:08 14-11-2020
news_image
94
FUTBOL

İngilislər UEFA ilə danışığa başladı – AVRO-2020 üçün

Avropa çempionatının bütün oyunları İngiltərədə keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkə rəsmiləri AVRO-2020-yə təkbaşına ev sahibliyi etmək niyyətindədir.

İngiltərə Futbol Assosiasiyası bununla bağlı UEFA ilə danışıqlara başlayıb. Qitə futbol qurumu hələ də yarışı Avropanın 12 şəhərində təşkil etməyi planlaşdırır. Lakin koronavirus pandemiyası səbəbindən UEFA yarışın yeganə ev sahibi kimi İngiltərə də daxil olmaqla, mümkün alternativləri araşdırır. İngilislər UEFA-nın iki ay ərzində yekun qərar qəbul etməsini gözləyir.

Qeyd edək ki, bu il keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınıb. Bakı da daxil olmaqla 12 şəhərdə baş tutmalı olan turnirə Rusiya da təkbaşına ev sahibliyi etmək niyyətindədir.