12:57 14-11-2020
news_image
50
FUTBOL

Mourinyonu cəzalandırdı - UEFA

UEFA İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu portuqaliyalı mütəxəssisə 1 oyunluq diskvalifikasiya cəzası kəsib.

Buna səbəb Avropa Liqasında “Antverpen”lə (0:1) qarşılaşmanın fasiləsindən sonra komandanı meydana gec buraxmasıdır. Lakin UEFA Mourinyonun cəzasını bir illik təxirə salıb. Bu səbəbdən baş məşqçi “Ludoqorets”lə növbəti tur matçında komandanı meydana çıxara biləcək.

Qeyd edək ki, “Tottenhem” – “Ludoqorets” oyunu noyabrın 26-da keçiriləcək.