13:21 14-11-2020
news_image
70
FUTBOL

Noyeri ən yaxşılardan saymır - Kasilyas

Əfsanəvi ispaniyalı İker Kasilyas dünyanın ən güclü qapıçılarının adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “Real”ın sabiq kapitanı üç qolkiperi xüsusi fərqləndirib.

Maraqlıdır ki, Kasilyas Almaniya yığmasının və “Bavariya”nın kapitanı Manuel Noyeri ən yaxşılar sırasında göstərməyib: “Mark-Andre ter Ştegen (“Barselona”) və Yan Oblakın (“Atletiko”) klubları üçün eyni dərəcədə vacib rol oynadığını düşünürəm. Kurtua da “Real”da hər kəsin görmək istədiyi qapıçıdır. Mən onları dünyadakı digər qapıçıların hamısından üstün tuturam”.

Qeyd edək ki, İker Kasilyas bu yay karyerasını başa vurduğunu açıqlayıb.