19:57 14-11-2020
news_image
120
FUTBOL

5 futbolçunu kənarda qoydu – Canni de Byazi

Millətlər Liqasının V turunda bu gün Monteneqro ilə qarşılaşacaq Azərbaycan yığmasının “23-lüy”ü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi təlim-məşq toplanışına çağırdığı 29 oyunçudan 6-nı kənarda qoyub.

Onlardan müdafiəçi Anton Krivotsyukun vərəqə cəzalısı olduğu üçün bugünkü qarşılaşmanı buraxacağı öncədən bəlli idi. Müdafiəçi Təmkin Xəlilzadə, yarımmüdafiəçilər Coşqun Diniyev, Namiq Ələsgərov, Rəhman Hacıyev və üç gün əvvəl Sloveniya ilə yoldaşlıq görüşündə debüt edən Musa Qurbanlı isə baş məşqçinin qərarı ilə “23-lük”yə salınmayıblar.

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.