Millətlər Liqasının V turunda Monteneqro ilə qarşılaşan Azərbaycan millisi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi birinci hissədə ilk məcburi əvəzetməyə əl atmalı olub.
Çünki qarşılaşmanın 38-ci dəqiqəsində müdafiəçi Abbas Hüseynov komandamızın qapısı qarşısında yerə yıxılaraq mübarizəni davam etdirə bilməyib. Nəticədə onu 42-ci dəqiqədə Amin Seydiyev əvəzləyib.
Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərində keçirilən Azərbaycan – Monteneqro matçında hazırda hesab 0:0-dır.