22:39 14-11-2020
news_image
65
FUTBOL

245-ci debütant - yığmada

Millətlər Liqasının qrup mərhələsində Monteneqro ilə oyun daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, hazırda davam edən matçın 81-ci dəqiqəsində Xəyal Nəcəfov meydana daxil olub.

Bu, Tellur Mütəllimovu əvəzləyən 23 yaşlı yarımmüdafiəçinin millidə ilk oyunudur. "Sumqayıt"ın üzvü yığmanın tarixinə 245-ci futbolçu kimi düşüb.

Xəyala qədər əvvəlki 261 qarşılaşmada 244 oyunçu şans qazanıb.