22:53 14-11-2020
news_image
121
FUTBOL

B liqası şansını itirdi – Azərbaycan yığması

Azərbaycan yığmasının Millətlər Liqasının B liqasına yüksəlməyəcəyi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, buna V turda keçirilən matçlardan sonra aydınlıq gəlib.

Xorvatiyanın Zapreşiç şəhərində Monteneqronu qəbul edən Canni de Byazinin yetirmələri rəqibi ilə qolsuz bərabərə qalıb. Yığmamızın yer aldığı 1-ci qrupun digər qarşılaşmasında Kipr öz meydanında Lüksemburqa 2:1 hesabı ilə qalib gəlib.

Qeydə alınan nəticələrlə son tur öncəsi millimizlə liderliyə yüksələn Monteneqro arasında xal fərqi 5-də qalıb. Birinciliyi əldən verən komandamızın D liqasına düşmək təhlükəsi isə hələ də davam edir.

Qeyd edək ki, Azərbaycan yığması son tur çərçivəsində noyabrın 17-də Lüksemburqun qonağı olacaq.

1

Monteneqro

5

3

1

1

6-2

10

2

Lüksemburq

5

3

0

2

7-5

9

3

Azərbaycan

5

1

2

2

2-4

5

4

Kipr

5

1

1

3

2-6

4