23:49 14-11-2020
news_image
73
FUTBOL

“Azərbaycan bizdən yaxşı deyil” - Faruk Hacibeqiç

“İstədiyimiz nəticəni əldə etdik. Komanda meydanda ürəyini ortaya qoydu və layiqli 1 xal qazandı”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Xorvatiyanın Zapreşiç şəhərində millimizin qonağı olan monteneqrolular 0:0 edərək xallarının sayını 10-a çatdırıb və son tur öncəsi qrupda 1-ci pilləyə yüksəlib.

Oyunsonrası mətbuat konfransında 63 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu. Azərbaycan bizdən yaxşı deyil, amma bu gecə bizi narahat etdi. Oyundan əvvəl, demək olar ki, heç bir ümidim yox idi, amma hər şey dəyişdi, bir növ mükafatlandıq.