00:28 15-11-2020
news_image
79
FUTBOL

“Vacib xal qazandıq” – İqor Vuyaçiç

“Stefan Saviçin yoxluğu bizim üçün böyük itki idi. Ancaq onu əvəz edən Aleksandar Sofranaç maksimum gücünü ortaya qoyaraq, xal qazanmağımıza kömək oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının mərkəz müdafiəçisi İqor Vuyaçiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

26 yaşlı futbolçu qolsuz bərabərliklə yekunlaşan görüşün nəticəsindən razılıq bildirib: “Azərbaycan ikinci hissəni bütünlüklə hücumda keçirdi. Ancaq bizim də yarı hücumlarımız oldu. Hətta qol da vura bilərdik. Çox vacib xal qazandıq, indi hər şey öz əlimizdədir. Komandada heç bir arxayınlıq olmayacaq. Son turda Kiprlə matça 3 xal qazanmaq və B liqasına yüksəlmək arzusu ilə hazırlaşacağıq”.

Qeyd edək ki, Monteneqro – Kipr oyunu noyabrın 17-də keçiriləcək.