00:38 15-11-2020
news_image
53
FUTBOL

“Müdafiədə oturmağa qərar verdik” - Stevan Yovetiç

“Hər uğur bizim üçün vacibdir. İstədiyimiz nəticələri uzun müddət idi ki, ala bilmirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının kapitanı Stevan Yovetiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Fransanın “Monako” klubunun hücumçusu 0:0 hesabı ilə başa çatan matçı dəyərləndirib: “Meydana qələbə üçün çıxmışdıq. Ancaq komanda yoldaşımızın qırmızı vərəqə alması planımızı pozdu. Sona 20 dəqiqə qalmış Lüksemburqun hesabda geridə olduğunu və azlıqda çıxış etdiyini öyrəndik. Bundan sonra müdafiədə oturmağa və nəticəni qorumağa qərar verdik. Nəticəyə oynamaq anlayışı bizdə o qədər də yaxşı deyil. Bu gün bunu bacardığımız üçün sevinirəm. Əsl xarakter nümayiş etdirərək, lazım olan nəticəni qazandıq”.

Qeyd edək ki, Monteneqro qrupun son matçında noyabrın 17-də Kipri qəbul edəcək.