12:38 15-11-2020
news_image
64
FUTBOL

Növbəti qazanc – bu dəfə Zapreşiçdə

Millətlər Liqasının V turunun Azərbaycan millisinin FİFA reytinqinə təsiri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Monteneqro ilə ev oyununda qolsuz heç-heçə edən Canni de Byazinin yetirmələri aktivinə növbəti xalları yazıb.

Xorvatiyanın Zapreşiç şəhərindəki matçda komandamız 2,7 xal əldə edib. Bundan üç gün öncə Sloveniya ilə də eyni hesablı heç-heçə edən komandamız 1,8 xal qazanmışdı.

Qeyd edək ki, Azərbaycan oktyabr reytinqində 1175 xalla 114-cü idi.