13:34 15-11-2020
news_image
57
FUTBOL

“Liverpul” müdafiəçi tapdı – 20 milyonluq

İngiltərənin “Liverpul” klubu Ruben Semedunu almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiəçinin məxsus olduğu Yunanıstan “Olimpiakos”una rəsmi təklif göndərib.

Britaniyalılar arxa xətt oyunçusu üçün 20 milyon avro təklif edib. 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçiləri Vircil van Deyklə Co Qomesi uzun müddətə itirən “Liverpul”da problemi həll etməlidir.