13:49 15-11-2020
news_image
60
FUTBOL

“Çelsi”nin futbolçusunu istəyir – Premyer Liqa klubu

İngiltərənin “Çelsi” klubunun futbolçusu Markos Alonso karyerasını Premyer Liqanın digər komandasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Kristal Pelas”a keçməyə yaxındır.

O, yeni klubunda Patrik van Anxoltu əvəz etməlidir. Sonuncu 2021-ci ilin yayında klubu tərk edəcəyindən “Kristal Pelas” indidən ona əvəzləyici axtarır. Amma 29 yaşlı ispaniyalı həm də İtaliya “İnter”inin maraq dairəsindədir.

Qeyd edək ki, Alonso 2016-cı ildən “Çelsi”də oynayır.