13:57 15-11-2020
news_image
189
FUTBOL

Tarixdə ilk - yığmamızdan

Azərbaycan millisi ardıcıl 3-cü oyunda qolsuz heç-heçəyə imza atıb.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının iki, yoldaşlıq oyunları çərçivəsində bir qarşılaşmada 0:0 hesabı qeydə alınıb.

Oktyabrın 13-də Kipr, noyabrın 14-də isə Monteneqro ilə Millətlər Liqasındakı ev matçlarında qalib müəyyənləşməyib. Bu iki oyunun arasındakı dövrdə - noyabrın 11-də isə Sloveniya ilə eynihesablı sülh yaşanıb.

Bu, Azərbaycan millisinin 28 illik tarixində ilk belə hadisədir. İndiyədək komandamız heç vaxt ardıcıl 3 qolsuz oyun keçirməyib.

Düzdür, ardıcıl iki dəfə 0:0 hesabının qeydə alınması az qala adi hala çevrilib. Hər halda 5 dəfə belə seriya yaşanıb. 1995-96-cı illərdə Polşa (AVRO-1996-nın seçmə oyunu)  və Estoniya (yoldaşlıq oyunu), 1998-ci ildə Estoniya və Andorra (hər ikisi beynəlxalq turnir), 2000-ci ildə Andorra (beynəlxalq turnir) və Gürcüstan (yoldaşlıq oyunu), 2002-ci ildə Estoniya və Latviya (hər ikisi yoldaşlıq oyunu), 2015-ci ildə Norveç və Xorvatiya (hər ikisi AVRO-2016-nın seçmə oyunu) ardıcıl qolsuz heç-heçələrlə nəticələnib.

Ümumilikdə isə yığmamız tarixində 35-ci dəfə oyunu 0:0 hesabı ilə başa çatdırıb.